GündəmManşetSiyasət

Azərbaycan və Bolqarıstan prezidentləri Yunanıstan-Bolqarıstan interkorrektorunu işə salacaqlar

Azərbaycan və Bolqarıstan strateji tərəfdaşdırlar, bu barədə cümə günü Sofiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Azərbaycan etibarlı qaz tədarükçüsü olaraq Avropa üçün mühüm ölkədir. Biz də Avropa bazarına, o cümlədən Bolqarıstan və qonşu ölkələrin bazarlarına böyük maraq göstəririk”, deyə Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə görüşündə bildirib.

“Orta dəhliz” və Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsi hər iki ölkəni sıx birləşdirəcək”, deyə Əliyev qeyd edib.

Oktyabrın 1-də Bolqarıstanda Yunanıstan-Bolqarıstan interkorrektoru işə salınacaq, onun vasitəsilə Bolqarıstana Azərbaycan qazı daxil olmağa başlayacaq, deyə Əliyev qeyd edib.

Öz növbəsində, Radev qeyd edib ki, “Azərbaycan Bolqarıstan üçün etibarlı və sınanmış tərəfdaşdır”.

“Biz bizim üçün və Avropa qitəsi üçün strateji əhəmiyyət kəsb edən Yunanıstan-Bolqarıstan interkonnektorunu açacağıq. Azərbaycandan təbii qaz alacağıq, bu da bizim enerji təhlükəsizliyimizi gücləndirəcək”, deyə Radev bildirib.(Turan)

Bənzər yazılar

Back to top button