İdman

Klopp: “Mundialın noyabrda keçirilməsini yaxşı fikir hesab etmirəm”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbol təqvimi ilə bağlı növbəti dəfə şikayətlənib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib:

“Dünya çempionatının Premyer Liqaya necə təsir edəcəyini bilmirəm. Adətən belə turnirlərdən sonra futbolçu bir-iki həftə dincəlir və yalnız bundan sonra oynamağa başlayır. Amma mundialda finalda oynamısansa, dincəlməyə cəmi iki gün qalacaq. Sonra uzun bir mövsüm olacaq. Dünya çempionatının noyabrda keçirilməsini yaxşı fikir hesab etmirəm. Növbəti altı həftə bizim üçün vacibdir. Bu mövsümə istədiyimiz kimi başlamadıq”.

Bənzər yazılar

Back to top button