İqtisadiyyatXəbərlər

“Azəriqazbank”ın vəziyyəti daha da pisləşib

AGBank 2017-ci ilin 3-cü rübünün sonuna dair maliyyə hesabatlarını açıqlayıb.

AzToday.az xəbər verir ki, hesabatlara görə, bankın zərəri artan tendensiyada davam edir. Sentyabr ayının sonuna (3-cü rübün sonu) AGBankın zərəri artıq 1.7 mln. manata çatıb. Bu göstərici 2-ci rübün sonunda 1.5 mln. manat təşkil edirdi.

Əlavə olaraq, bankın aktivləridə ilin əvvəlindən 10 mln. manat azalaraq 510 mln. manata düşüb. Hazırda bankın öhdəliklərinin həcmi 458 mln.manat təşkil edir.

AGBankın gecikmədə olan kredit portfelinin (vaxtı keçmiş kreditlər) həcmi sentyabr ayının sonuna 146 mln. manatdir.

Bənzər yazılar

Back to top button