İdman

“PSJ Neymar və Mbappeni eyni vaxtda transfer etməklə səhv etdi”

PSJ-nin idman direktoru Luis Kampos klubun 2017-ci ildə braziliyalı Neymar və fransız Kilian Mbappeni bir araya gətirməklə səhv etdiyini deyib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, o bildirib: “Keçmişdə eyni mövqeyə iki futbolçu transfer etməklə səhv etmişdik. Ən yaxşı transfer pəncərəmiz yox idi, çünki PSJ-nin əsas mövqelərində oyunçuları çatışmır, lakin digər mövqelərdə üst-üstə düşən oyunçular var”.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya alınıb.Bu transfer futbol tarixində rekord olaraq qalmaqdadır. Mbappe 2017-ci ilin yayında “Monako”dan icarəyə götürülüb və növbəti il 180 milyon avroya alınıb. Hər iki futbolçu çoxlu sayda qollar vursa da, komandanın ilk dəfə Çempionlar Liqasını qazanmasına kömək edə bilməyib. Sözügedən futbolçular arasında gərginlik olduğu bildirilir.

Bənzər yazılar

Back to top button