Hadisə

Gömrük Komitəsi Azərbaycanda qalan Ukraynaya məxsus yük maşınlarını cərimələdi

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ukraynada daimi qeydiyyatda olan yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən 800 ABŞ dolları məbləğində cərimə olunduğuna dair məlumatlar yayılıb.

Həmin nəqliyyat vasitələrinin sürücüləri Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar səbəbilə Azərbaycanda müddətdən artıq qaldıqları üçün cərimə olunduqlarını iddia ediblər.

Dövlət Gömrük Komitəsindən isə bu məlumatı dolayı yolla təsdiqləyiblər.

Rəsmi açıqlamada bildirilib ki, mövcud qanunvericiliyə müvafiq olaraq yük nəqliyyat vasitələri yol vergilərinə cəlb olunub və bu cərimə sayılmır. (Gununsesi.info)

Bənzər yazılar

Back to top button