Siyasət

Baş prokuror “Tərtər işi”ndən danışdı: “Zəruri tədbirlər yerinə yetiriləcək”

“Tərtər işi” ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir”.

AzToday.az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir, qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək.

Kamran Əliyevin sözlərinə görə, Ali Məhkəmənin plenumunda Azərbaycan Respublikası Baş Prokurorunun “Tərtər işi” ilə bağlı ərizəsi təmin olunub. Baş prokuror qeyd edib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılmasını üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Bənzər yazılar

Back to top button