İdman

Neymardan transfer mesajı

PSJ-nin uluduzu Neymar maraqlı açıqlamalar verib.

Fanat.Az xəbər verir ki, “YouTube” kanalından canlı yayım edən futbolçu sualları cavablandırıb.

Onun “Mançester Siti”nin futbolçusu Benjamin Mendinin sualına cavabı belə olub: “Premyer Liqa böyük turnirdi və dünyanın ən yaxşılarından biridi. Sabah nə olacağını bilmək olmaz, amma mən hər böyük futbolçunun bir gün mütləq Premyer Liqada oynamalı olduğunu düşünürəm”.

Onun bu açıqlaması “transfer mesajı” olaraq dəyərləndirilib.

Qeyd edək ki, Neymarı “Real” və “Barselona” ilə yanaşı, “Mançester Yunayted”in də transfer etmək istədiyi deyilir.

Bənzər yazılar

Back to top button