GündəmManşetSiyasət

Azərbaycan və Ermənistanda Paşinyanın “sülh müqaviləsi”ni tənqid edirlər

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə Qarabağ məsələsi daxil olmaya bilər, cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Biz gözləyirik, ola bilsin ki, Dağlıq Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə daxil edilməsin. Parisdə çıxışım zamanı qeyd etdim ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalıdır və Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas benefisiar Qarabağ xalqının seçdiyi nümayəndələr olmalıdır”, – Paşinyan deyib. Onun sözlərinə görə, bu məsələ Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla razılaşdırılıb.

Paşinyanın məqsədilə bağlı azərbaycanlı ekspertlərin fikirləri fərqlidir. Milli Məclisin deputatı Aydın Mirzəzadə “Qazeta.Ru”ya müsahibəsində deyib ki, sülh müqaviləsinin bağlanması çərçivəsində yalnız dövlətlər arasında ərazi bütövlüyünün və sərhədlərin tanınması, eləcə də mehriban qonşuluq münasibətlərinin yaradılması müzakirə olunacaq.

Mirzəzadənin sözlərinə görə, əgər danışıqlarda söhbət Azərbaycanın ərazi bütövlüyündən gedərsə, Bakı tərəfdən hər hansı güzəşt nəzərdə tutulmur.

“Artıq Azərbaycanın qarşısında Qarabağın statusu məsələsi yoxdur. Azərbaycan bu ərazidə yaşayan adamları öz vətəndaşları hesab edir və onların mülki hüquqlarına riayət olunmasını təmin edir. Sülh müqaviləsində heç bir Qarabağ olmayacaq”, – o deyib.

Politoloq İlqar Vəlizadə isə Paşinyanın ideyasını qəbul etməyib. O, Turan ilə söhbətində deyib ki, erməni tərəfinə sülh müqaviləsi bir növ mənasız şirma kimi görünür və bu, “Qarabağ məsələsi” ilə manipulyasiya etmək imkanlarını saxlayır, Qarabağ erməniləri faktı üzrə “Qarabağ xalqı”nın hüquqlarının təmin olunmasına təkid edərək separatçıları dəstəkləməyə, onlara göz yummağa davam edəcək.

“Azərbaycan üçün belə yanaşma qətiyyən qəbuledilməzdir və yaranmış qeyri-müəyyənliyin koncervasiyası üçün nəzərdə tutulub. Sülh müqaviləsi bütün açıq məsələləri qapatmalıdır və spekulyasiyaya yer qoymamalıdır. Azərbaycan tərəfi saxta müqaviləni imzalamayacaq”, – Vəlizadə əminliklə bildirib.

Paşinyanın bəyan etdiyi sülh müqaviləsi layihəsi hətta erməni ekspertlərin də narazılığına səbəb olub. Şərqşünas Sergey Melkonyan öz teleqram- kanalında Azərbaycanla sülh müqaviləsinin imzalanmasının təhlükələrini təqdim edərək, bu sənədi kapitulyasiya adlandırıb.

O, ermənilərə xəbərdarlıq edib ki, sülh müqaviləsi bağlanarsa, Ermənistan əraziləri Azərbaycana keçəcək, Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bakı strateji kommunikasiyaların böyük hissəsi üzərində nəzarət tətbiq edəcək (o cümlədən “anklavları” alacaq). Həmçinin Ermənistan döyüş qabiliyyətli ordudan imtina edəcək və Zəngəzurun bir hissəsini dəhliz kimi Türkiyə və Azərbaycana verəcək. Ərazilərin işğalına görə Ermənistana reparasiya və digər ödənişlər tətbiq ediləcək, Melkonyan ermənilərə xəbərdarlıq edib.

Bənzər yazılar

Back to top button