Hadisə

Prokurorluqdan Tərtərdə minaya düşənlərlə bağlı – Açıqlama

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, daha əvvəl Bayramov Rəfayıl və Cabbarov Nicatın minaya düşməsi barədə xəbər vermişdik.

Bənzər yazılar

Back to top button