GündəmHadisə

Ali Məhkəmə “Tərtər işi” ilə bağlı məlumat yaydı

30 sentyabrda Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib. Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Bu barədə Ali Məhkəmənin rəsmi saytında məlumat dərc edilib.

Bildiirilib ki, Plenumda Azərbaycan Respublikası Baş Prokurorunun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar 12-1(102)-8/2022 və 12-1(102)-10/2022 saylı cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edilib ki, Plenumda digər konkret işlərə də baxılıb.

Xatırladaq ki, aparılan istintaq zamanı əldə edilən mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 18 şəxs barəsində Baş prokuror tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edilmişdi.

Bənzər yazılar

Back to top button