Cəmiyyət

Abdin Fərzəliyev əhalini kanalizasiya gölündə “boğur” (VİDEO)

Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağlar küçəsinin 1000-dən çox, sakini kanalizasiya gölünün üstündə yaşamağa məhkum olunub.

Bununla bağlı sakinlər dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə, Masazır bələdiyyəsinə, “Azərsu” ASC-yə müraciət etsələr də, nəticəsi olmayıb. Sakinlər deyirlər ki, kanalizasiya sularının axacaq kollektoru yoxdur. Nəticədə sular yığılır və göl əmələ gəlir. Bu antisanitariya, xəstəlik mənbəyi olan ərazidə sakinlərin səsini eşidən yoxdur. Onlar yolların bərbad olması və digər problemlərdən də şikayətlənirlər. Sakinlərdən biri deyib ki, əvvəl keçmiş icra başçısı İradə Gülməmmədova rayonu taladı, indi Abdin Fərzəliyev başçı postunda eyni işi görür. Sakinlər deyirlər ki, icra başçısı nə qəbula gələnlə görüşür, nə şikayətlərə baxır. Video süjetdən də görmək olar ki, əhali hansı şəraitdə yaşayır.(tia.az)

Bənzər yazılar

Back to top button