İdman

“Qarabağ”ın göstərdiyi oyun imkan verir ki, biz inamla danışaq”

“Bu matç “Qarabağ”ın 1-ci və ya 2-ci yeri tutub qrupdan çıxması üçün çox vacibdir. Digər görüşdə “Frayburq” “Nant”la oynayacaq. Yəqin ki, bu oyundan sonra “Frayburq” 1-ci yerə daha da yaxınlaşacaq”.

Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib. O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstan “Olimpiakos”u ilə səfərdə keçirəcəyi matç barədə danışıb.

Diniyev “Olimpiakos”un heyətində problemlər olduğuna görə Ağdam təmsilçisinin qələbə qazanmaq şanslarının artdığını deyib:

“Qarabağ” “Olimpiakos”a qalib gəlsə, bu, qrupda 1-ci yer uğrunda mübarizənin davam edəcəyinə işarə olacaq. “Olimpiakos” bu oyunda uduzsa, artıq onların heç bir şansı qalmır. Ona görə də “Olimpiakos” bu matça çox ciddi hazırlaşır. Mənim oxuduğum, bildiyim qədər, hazırda “Olimpiakos”da böyük problemlər var. 14 nəfər futbolçunun birdən-birə oynamaması böyük problemdir. Yəni, bu, 2-ci heyətlə meydana çıxmaq olacaq. Əgər bu xəbərlər doğrudursa, “Qarabağ”ın şansı daha da çoxalacaq. Amma itkiləri nəzərə almasaq, normal vəziyyətə baxsaq, əlbəttə ki, “Olimpiakos”un heyətində dünyaca məşhur futbolçular var. Onlar oyunun taleyini həll etmək gücündədirlər. Lakin “Qarabağ”ın göstərdiyi oyun imkan verir ki, biz inamla danışaq. “Qarabağ” həqiqətən də artıq oturuşmuş bir komandadır. “Qarabağ” rəqibin kimliyindən asılı olmayaraq eyni futbolu oynayır. Cəsarətlidirlər. Bu baxımdan oyun çox maraqlı olacaq. Hər iki komanda üçün çətin matç keçəcək. Artıq dünyada zəif komanda yoxdur. Mən “Qarabağ”a uğurlar arzulayıram. “Qarabağ” səfərdə daha yaxşı oynayır. Yəni, səfər matçlarında daha çox boşluqlar yaranır və “Qarabağ” imkanlardan istifadə edir. İnanıram ki, “Qarabağ” bu səfər oyununda da qalib gələcək”.

Qeyd edək ki, oktyabrın 6-sı Yunanıstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button