İdman

Murad Musayev: “Qarabağ” 100 faiz Rusiyada çempionluq uğrunda mübarizə apara bilər”

“Qarabağ”ın Rusiya Premyer Liqasında birincilik uğrunda mübarizə aparacaq gücdə olması cəfəngiyat deyil, doğrudur”.

Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “sports.ru”ya müsahibəsində deyib.

“Qarabağ” haqda danışan Rusiyalı mütəxəssis komandanın gücünü sübut edən bir sıra nümunələr göstərib::

“Azərbaycana gələndən bir-iki ay sonra məndən bu barədə soruşanda cavab verdim ki, “Qarabağ” Rusiyada 3-4-cü yerlər uğrunda mübarizə aparar. Amma indi görürəm ki, 100 faiz çempionluq uğrunda mübarizə apara bilər.

“Qarabağ”ın Avropadakı son oyunlarına – 3:0 hesabı ilə qalib gəldiyi “Olimpiakos” və “Nant”la matçlarına baxsanız, onların necə çıxış etdiyini başa düşəcəksiniz. Əks-hücumda oynamırlar, “avtobus” qurmurlar. Onlar 4 ən fəal cinah oyunçusu ilə oynayırlar. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Onlardan tam üstün olublar”.

Murad Musayev

Musayev “Qarabağ” niyə belə güclüdür?” sualını isə belə cavablandırıb: “Klubda sabit struktur var, 14 ildir bir baş məşqçi işləyir. Hər şey kərpic-kərpic qurulub. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar.

Onların modeli haqqında danışsaq, bu, mənim vaxtımdakı “Krasnodar”a bənzəyir. Hücumçular Petrov və Kaleşin kimi çox fəal cinah oyunçularıdır. Qaçırlar, kombinasiya edib birləşdirə bilirlər. Və vacib olan – onların iki yaxşı heyəti var. Avropadakı matçdan üç gün sonra yerli çempionatda keyfiyyətli oyun göstərirlər.

Məsələn, “Ferentsaroş”la ev matçında Kadi kimi vacib oyunçuları yox idi. İki mərkəz müdafiəçisi oynamırdı – biri kapitan, ikincisi isə çox yaxşı oyunçudur. Ancaq yenə də mərhələ keçdilər. “Qarabağ” Rusiya ilə müqayisədə az pula keyfiyyətli oyunçular alır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button