GündəmManşetSiyasət

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Azərbaycana gəlib

Oktyabrın 4-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı Atilla Gülanla və başqa yüksək rütbəli zabitlər müşayət edir.

Xəbərdə deyilir ki, iki ölkənin müdafiə nazirləri arasında təkbətək və geniş tərkibdə görüş olub.

“Azərbaycanın işğal altındakı torpaqları azad etməsi Cənubi Qafqazda sülh və sabitlik üçün tarixi bir fürsət pəncərəsi açıb”, deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

Türkiyəli nazir qeyd edib ki, Ermənistan yenidən regionda təxribatlar törətməyə çalışır. “Ermənistan təxribatlara son qoymalıdır. Azərbaycanla əldə edilmiş razılaşmalar çərçivəsində İrəvan sülh danışıqları və əməkdaşlığa diqqət yetirməli, dinc niyyətlərlə uzanan əli sıxmalıdır”, – deyə o bildirib.

Türkiyə milli müdfafiə nazirinin Azərbaycana səfəri İsrail müdafiə nazirinin rəsmi səfəri ilə eyni vaxta təsadüf edir.

Bənzər yazılar

Back to top button