Dünya

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

2022-ci il fizika üzrə Nobel mükafatı fransız fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylingerə verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Bildirilib ki, onlar qarışıq fotonlarla keçirilən eksperimentlər və kvant informatikası sahəsində nailiyyətlərə görə bu mükafatına layiq görülüblər.

Xatırladaq ki, ötən gün isveçli genetik fiziologiya və tibb üzrə mükafatı qazanıb.

Qeyd edək ki, oktyabrın 5-də kimya, 6-da ədəbiyyat, 7-də sülh və oktyabrın 10-da isə iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Bənzər yazılar

Back to top button