İdman

Məhkəmə “Neftçi”nin baş məşqçisi ilə bağlı qərar verdi

Rumıniyada “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla onun qanuni həyat yoldaşı Anamariya Prodan arasında boşanma ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Qol.az digisport.ro saytına istinadən xəbər verir ki, növbəti proses zamanı tərəflərin bir-birinə qarşı şikayətlərinə baxılıb. Bununla bağlı çıxarılan qərara əsasən, qərarın verildiyi gündən etibarən tərəflər bir-birindən ən azı 200 metr aralı gəzməlidir. Bu, 4 ay müddətində Regekampfa, 2 ay müddətində isə Anamariya Prodana tətbiq olunur. Bundan başqa, onlara bir-biriləri ilə telefon və digər vasitələrlə danışmaq qadağan olunub.

Xatırladaq ki, bu günlərdə “Neftçi”nin baş məşqçisi Laurentiu Regekampf keçmiş həyat yoldaşı Anamariya Prodanla Buxarest yaxınlığındakı küçədə dava edib. Bu hadisə təhlükəsizlik kameralarına düşüb və sonradan Rumıniya mediasında geniş yayılıb. Hadisədən sonra tərəflər məhkəməyə şikayət ediblər. Onlar birgə 15 il yaşayıblar.

Bənzər yazılar

Back to top button