Hadisə

Nazirin işdən çıxardığı direktora cinayət işi açıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cənub Regional Hidrometeorologiya Müəssisəsinin sabiq direktoru Hüseynov Cavid Həsənağa oğlu mənimsəmədə ittiham olunur.

Lent.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, C.Hüseynov nazirliyə 31 min manat dəyərində maddi ziyan vurub.

Prosesə Lənkəran Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Cavid Hüseynov bu ilin yanvar ayında nazir Muxtar Babayevin əmrilə işdən azad olunub.

Bənzər yazılar

Back to top button