CəmiyyətHadisə

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi…

Bakıda daha bir dələduzluq hadisəsi baş verib.

“AzToday.az” lent.az-a istinadən xəbər verir ki, Əlizadə Aynur Fərhad qızı polisə müraciət edərək bildirib ki, Rəna adlı şəxs ondan işə düzəltmək adı ilə külli miqdarda pul alaraq dələduzluq edib.

Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Nəsimi rayonu ərazisində Rənaya 6500 manat və 3500 dollar (təxminən 6 min manat) verib. Həmin qadın A.Əlizadəni Təhsil Nazirliyində işə düzəldəcəyinə söz versə də, vədinə əməl etməyib, üstəlik verilən pulları da geri qaytarmayıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Bənzər yazılar

Back to top button