Dünya

Pekindən çıxış məhdudlaşdırıldı: Yeni Covid-19 epidemiyası başladı

Pekin səlahiyyətliləri keçən həftə yeni yolxmaların qeydə alındığı şəhərdə koronavirusun yayılmasının qarşısını almaq üçün ölkənin qalan hissəsi ilə şəhərin avtomobil əlaqəsini məhdudlaşdırmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, taksilərin şəhər xaricinə getmək qadağası yolüstü sərnişin gətirən sürücülərə də şamil edilib. Pekindən çıxarkən təlimatların yerinə yetirilməsinə nəzarət etmək üçün postlar qurulur.

Şəhər Sağlamlıq Komitəsi yoluxma riski yüksək olan insanların Pekindən çıxmasına da qadağa qoyub və artıq paytaxtı tərk etmiş bu kateqoriyadan olan vətəndaşların dərhal yerli hakimiyyət orqanlarına müraciət etmələrini tələb edib.

Son üç gündə, şənbə günündən başlayaraq, Pekində ÇXR Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, COVID-19 yoluxmasının 99 halı aşkarlanıb: şənbə və bazar günləri 36, bazar ertəsi günü 27. Bu statistikada koronavirusun asemptomatik daşıyıcıları nəzərə alınmayıb.

Bənzər yazılar

Back to top button