Dünya

Kiyev Baydenin Ukrayna ilə bağlı sözlərini NATO-da səhv təqdim edib?

Ukrayna hakimiyyəti ABŞ prezidenti Co Baydenin Ukraynanın NATO-ya qoşulma fikri ilə bağlı sözlərini səhv yozub.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ağ Ev Milli Təhlükəsizlik Şurasından “Axios”a bildiriblər.

İki dövlət başçısının telefon danışığından sonra Kiyev və Vaşinqtonun “əvvəlcə ziddiyyətli məlumatlar yayımladığı” aydınlaşıb. Ukrayna səlahiyyətlilərinin versiyasına görə, Vaşinqton administrasiyasının rəhbəri “Ukrayna dövlətini NATO Üzvlük Fəaliyyət Planı ilə təmin etməyin vacibliyini qeyd edib”.

Amerika Baydenin Zelenski ilə telefon danışığı zamanı belə bir hərəkəti dəstəklədiyini inkar edib.

“Zelenski Ukrayna dövlətinə Alyansa üzvlük üçün Fəaliyyət Planı verilməsinin vacibliyini qeyd edib”, – Ağ Ev Təhlükəsizlik Şurası düzəliş verib.

Bundan başqa, Vaşinqton Baydenin bu il Ukraynaya NATO Üzvlük Fəaliyyət Planı təklif etmək fikrini dəstəkləyib-dəstəkləməməsi ilə bağlı sualı şərh etməkdən imtina edib.

Bənzər yazılar

Back to top button