İdman

110 min azarkeş izlədi, “Traktorsazi” Tehran klubunu uddu – VİDEO

İranın Super Liqasında XVIII turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, “Traktorsazi” Tehranın “İstiqlal” klubu ilə qarşılaşıb.

Təbrizin 70.000 nəfərlik “Səhənd” stadionunda keçirilən oyun Cənubi Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

70000 nəfərlik stadiona oyunu izləmək üçün 110000 azarkeş gəlib. “Traktorsazi”ni dəstək üçün gələn on minlərlə azarkeş stadiona girə bilməyib.

Qeyd edək ki, “Traktorsazi” 18 turdan sonra 33 xalla turir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bənzər yazılar

Back to top button