Cəmiyyət

Cavid Qurbanov: “Bakı-Sumqayıt qatarlarının sayı az deyil, sərnişinlərin sayı çoxdur”

“Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil”.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib.

“Sadəcə, sərnişinlərin sayı çoxdur”, – o deyib.

Sentyabrın sonunda Sumqayıt-Pirşağı-Bakı istiqamətində qatarların sayı artırılıb. Qarşılığında Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı ləğv edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarının Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib və qeyd olunub ki, sentyabrın 15-27-də Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

Hazırda “Azərbaycan Dəmir Yolları”nın qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. Biri isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır.

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq yeni qatarların alınması istiqamətində işlər aparılır.

Bənzər yazılar

Back to top button