İdman

Neymarın transferinə görə Maliyyə Nazirliyində axtarış aparıldı

Braziliyalı hücumçu Neymarın “Barselona”dan PSJ-yə transferi ilə bağlı gedən araşdırmalar çərçivəsində Fransa Maliyyə Nazirliyində axtarış aparılıb.

Qol.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.

Axtarışı korrupsiya və vergi fırıldaqlarına qarşı mübarizə üzrə mərkəzi idarənin polis əməkdaşları həyata keçirib. Qeyd olunur ki, hüquq-mühafizə orqanları Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə transferini araşdırırlar. Onlar PSJ-nin vergidən yayınmasından şübhələnirlər.

Qeyd edək ki, Neymar 2017-2023-cü illərdə PSJ-də çıxış edib. Paris təmsilçisi onu Kataloniya klubundan 222 milyon avroya transfer edib. Neymar PSJ-nin heyətində bütün yarışlarda 173 oyun keçirib və 118 qol vurub. Braziliyalı forvard hazırda “Əl-Hilal”ın futbolçusudur.

Bənzər yazılar

Back to top button