Hadisə

Hərbiçilərə işgəncə verilməsini əks etdirən videokadrların araşdırılması davam edir

İstər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülər araşdırılır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb, bu barədə Azərbaycanın baş prokuroru Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Baş Prokurorluğun press-relizində deyilir ki, sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət aparan 2 hərbi qulluqçunun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin 2 hərbi qulluqçusunun Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri faktları ilə bağlı istintaq aparılıb, 4 nəfər şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, həmin şəxslər barədə cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəx

slərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə bir neçə dəfə rəsmi məlumat verilməsinə baxmayaraq, qarşı tərəfdən Azərbaycan hərbi qulluqçularına qarşı törədilmiş cinayət hadisələri, bununla bağlı social şəbəkələrdə yayılmış video və foto materiallarla bağlı bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur, deyə press-relizdə qeyd edilir.(Turan)

Bənzər yazılar

Back to top button