Cəmiyyət

İcra başçısı bu şöbəyə müdir təyin etdi

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinə müdir təyin edib.

AzToday.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Abdin Fərzəliyevun müvafiq əmri ilə Sadıqov Yusif Sadıq oğlu bu şöbənin müdiri təyin olunub.

Qeyd edək ki, bu vəzifəni 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yerinə yetirib. O, 2019-cu ilin dekabrında ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı şəkildə qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.

Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib. Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.

Bənzər yazılar

Back to top button