Siyasət

Bu gün MDB liderləri Putinin 70 illiyinə yığışır

Bu gün, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu gün Putinin bir sıra beynəlxalq telefon danışıqları planlaşdırılıb və günün ortasında MDB çərçivəsində görüş başlayacaq.

Peskov qeyd edib ki, qeyri-rəsmi görüş Konstantinovski sarayında keçiriləcək.

O, qarşıdan gələn tədbiri MDB-nin gələn həftəyə planlaşdırılan sammitinə hazırlıq kontekstində çox mühüm adlandırıb.

Məlumat üçün bildirək ki, görüşdə iştirak etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Sankt-Peterburqa yola düşüb.

Xatırladaq ki, MDB ölkələri liderlərinin sonuncu qeyri-rəsmi görüşü 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur. Sammitin qeyri-rəsmi bölməsində Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmonun 70 illik yubileyinin qeyd ediləcəyi bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button