İdman

Günün transfer xəbərləri: Ronaldu “Qalatasaray”a razılıq verdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Todofichajes” nəşri: “PSJ-nin futbolçusu Keylor Navas növbəti transfer pəncərəsində komandanı tərk edə bilər”. O, “Vest Hem” “Tottenhem”, eləcə də “Mançester Yunayted”in nəzərini cəlb edib”.

“Fotomaç” saytı: “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronalduya alıcı tapılıb. Portuqaliyalı ulduz yanvarda “Qalatasaray”la anlaşmağı planlaşdırır. Ronaldu artıq İstanbula gəlməyə razılıq verib”.

“Daily Mail” nəşri: “Mançester Siti” yarımmüdafiəçi İlkay Gündoğanla müqavilənin müddətini uzatmağa hazırlaşır”.

“Relevo” saytı: “Real Madrid” yarımmüdafiəçisi Toni Kroosun gələcəyi ilə bağlı yekun qərarını verib. “Kral klubu” almaniyalı yarımmüdafiəçini 2023-cü ilin yayında azad agent qismində buraxmaq niyyətindədir”.

Fanat.az

Bənzər yazılar

Back to top button