Siyasət

Rəsmi Bakı Rusiyanın Əfqanıstandakı səfirliyinə qarşı terror aktını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Kabildəki səfirliyinə qarşı terror aktını kəskin qətiyyətlə pisləyib. Terror nəticəsində diplomatik missiyanın iki əməkdaşı və Əfqanıstan vətəndaşları həlak olublar.

«5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində iki nəfər rusiyalı diplomatın, habelə Əfqanıstan vətəndaşlarının həlak olması xəbərini kədərlə qarşılayırıq. Diplomatların həyatına qəsd qəbuledilməzdir”, – Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda terror nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verilir, yaralıların tezliklə sağalması arzu edilir.

Bənzər yazılar

Back to top button