İdman

Neymar özünü təriflədi: “Mükəmmələm”

PSJ-nin ulduz futbolçusu Neymar builki performansını dəyərləndirib.

Fanat.az xəbər verir ki, braziliyalı hücumçu klub televiziyasına açıqlamasında mükəmməl oyun sərgilədiyini deyib:

“Yeni Neymar” adlandırılmağımla razılaşmıram. Sadəcə, indi daha mükəmmələm. Düşünürəm ki, işlər öz yoluna düşüb. Mövsümə çox yaxşı başlayıram. Əvvəlki illərdə sabit deyildim. Bu gün özümü daha mükəmməl oyunçu kimi hiss edirəm, çünki həm müdafiə planında, həm hücumda effektliyəm, qol vurmağı və asistləri verə bilirəm. Düşünürəm ki, bu gün əvvəlkindən daha hərtərəfliyəm”.

Neymarın builki əla performansı statistik göstəricilərində də özünü göstərir. Belə ki, braziliyalı 13 oyunda 11 dəfə fərqlənib və 9 məhsuldar ötürmə verib.

Bənzər yazılar

Back to top button