Gündəmİqtisadiyyat

Mərkəzi Bankın qərarı etiraza səbəb olub – Bank əməkdaşları aksiya keçirib – (VİDEO)

Aprelin 30-da lisenziyası ləğv edilmiş “Amrahbank”-ın yüzdən çox əməkdaşı bankın əsas filialında etiraz aksiyası keçirib.

Etirazçılar bankın müflis olmadığını və lisenziyasının qanunsuz ləğv edildiyini bildiriblər.

Bankın hüquqşünası Mehdi Mehdiyev bu qanunsuzluqda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu da ittiham edib.

Etirazçılar deyiblər ki, “Amrahbank”ın fəaliyyəti normal olub və onun lisenziyasının ləğvinə əsas yox idi. “Bankımız normal fəaliyyət göstərirdi. Birdən-birə bir gün içində qanunsuz yolla bankımızı bağladılar. 700 nəfərdən çox əməkdaş işsiz qaldı. Biz tələb edirik ki, işimiz bərpa edilsin”,- bank əməkdaşları deyiblər.

AzToday.az etiraz aksiyasından video-görüntünü təqdim edir:

Bənzər yazılar

Back to top button