Digər

Futbolçunun ölümünə səbəb olan təyyarə qəzasının səbəbi açıqlandı – ŞOK

Emiliano Salanın ölümünə səbəb olan təyyarə qəzasının səbəbi açıqlanıb.

Fanat.Az xəbər verir ki, aparılan rəsmi araşdırmanın nəticələri elan olunub. Məlum olub ki, 3 parçaya bölünmüş halda tapılan təyyarənin qəzaya uğramasınaın səbəbi pilotun səhvidi.

Bildirilib ki, pilot David İbbotsonun sadəcə “şəxsi uçuş lisenziyası” olub, ticarət uçuşlarına icazəsi olmayıb. Pilot lisenziyasında görüş çətinliyi yaradan havalarda uçuş etməməyi qəbul edir. Amma onlar Fransadan Britaniyaya uçarkən hava buludlu və görüş məsafəsi aşağı olub.

Qeyd edək ki, “Nant”dan “Kardiff”ə 15 milyon funt-sterlinqə transfer olunan Emiliano Salanı Britaniyaya aparan tək motorlu “Piper Malibu” təyyarəsi yanvarın 21-də Manş dənizinə düşüb. Futbolçunun cəsədi günlər sonra dənizdən çıxarılıb. Pilot isə hələ tapılmayıb.

Bənzər yazılar

Back to top button