GündəmManşetSiyasət

Dövlət Departamenti Qarabağdakı kütləvi məzarlıq barədə: Cinayətkarlar “məsuliyyətə cəlb olunmalıdırlar”

Biz bu çoxillik münaqişə zamanı insanların ölümündə sarsılmışıq və ölənlərin, yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – cümə axşamı Dövlət Departamenti nümayəndəsinin müavini Vedant Patel bu yaxınlarda Qarabağda aşkar edilmiş kütləvi məzarlıq barədə sualın cavabında jurnalistlərə deyib.

“Bu münaqişə zamanı çox ailələr əziyyət çəkib və yaxınlarını itiriblər, bu ailələr öz itkilərinə görə müvafiq münasibətə layiqdirlər”, – Patel Dövlət Departamentinin brifinqi zamanı deyib, -Turan-ın Vaşinqton müxbiri bildirib.

Cinayətkarlar “məsuliyyətə cəlb olunmalıdırlar”, sülhə nail olmaq üçün cavabdehlik və nicat lazımdır”.

“Biz həqiqəti və barışı təşviq etmək üçün beynəlxalq səyləri dəstəkləyirik və bu proseslər Azərbaycanla Ermənistan arasında sülh prosesilə yanaşı gedə bilər”, – o, fikrini yekunlaşdırıb. (Turan)

Bənzər yazılar

Back to top button