Siyasət

AŞPA-nın sessiyasında Azərbaycan və Ermənistan arasında hərbi gərginlik müzakirə oluna bilər

Ukrayna prezidenti Vladimir Zelenski AŞPA-nın oktyabrın 10-da Strasburqda açılacaq payız sessiyasının iştirakçıları qarşısında videokonfrans rejimində çıxış edəcək.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, sessiyada İrlandiya prezidenti Maykl D.Higgins və İsveçrə Konfederasiyasının prezidenti İqnasio Kassisanın, habelə Albaniya baş naziri Edi Ramanın çıxışları planlaşdırılır.

Sessiya çərçivəsində hüquq müdafiəçilərinə təqdim edilən 2022-ci ildə insan hüquqları sahəsində Vatslav Qavel adına mükafatın ənənəvi təqdimetmə mərasimi keçiriləcək. Qalib yekun siyahıya daxil edilmiş üç namizəd arasından seçiləcək.

Sessiyanın gündəliyində Qərbi Balkanlar üçün Avropa perspektivi, islamofobiyaya və ya müsəlmanlara qarşı irqçiliyə, vaksinlər bağlı ayrı-seçkiliyə və Brexit-in İrlandiya adasında insan hüquqlarına təsirə qarşı mübarizə haqqında debatlar nəzərdə tutulur. Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərini yerinə yetirməsini müzakirə etməlidir.

Bundan başqa, üç “cari məsələ” ilə bağlı debatlar tələb edilib:

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlamasından il yarım sonra Avropa”, “Avropada qida təhlükəsizliyi: Ukrayna limanlarından taxıl ixracı” və “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar”.

Bununla yanaşı, “Rusiya Federasiyasının sonuncu biabırçı və qeyri-insani hərəkətləri” mövzusunda təcili debat keçirilməsi tələb edilib.

Bu məsələlər sessiyanın gündəliyinə daxil edilib-edilməyəcəyini və bu müzakirələrin nə vaxt keçiriləcəyini parlamentarilər bazar ertəsi müəyyən edəcəklər.

Sessiya zamanı Aİ baş katibi Mariya Peyçinoviç Buriç AŞPA üzvlərinin suallarına cavab verəcək.

Assambleya həmçinin dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiyalar kimi qanunsuz istifadə etməsi, idmanda qadınlara qarşı ayrı-seçkilik, sığınacaq axtaran şəxslər üçün təhlükəsiz üçüncü ölkələr, miqrasiyanın idarə edilməsi üzrə qanunsuz tədbirlər və s. haqqında məlumatları müzakirə etməyi planlaşdırır. (Turan)

Bənzər yazılar

Back to top button