Dünya

Ermənistan ordusunda 12,6 min nəfərə cinayət işi açıldı

Ermənistan Silahlı Qüvvələrində 12 600-ə yaxın şəxs barəsində 1 600-ə yaxın cinayət işi başlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan bildirib.

O, bu barədə Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətin qaydasına qarşı cinayətlər və hərbi əməliyyatlarla bağlı digər cinayətlər üzrə başlanmış cinayət işləri ilə bağlı məlumatlar təqdim edərkən danışıb.

Qeyd olunub ki, sözügedən cinayət işləri çərçivəsində 883 vətəndaş, o cümlədən 78 zabit (17 yüksək rütbəli zabit), 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı, 128 mülki şəxs ittiham olunub.

Bildirilib ki, ümumilikdə 17 mindən çox insan dindirilib. Bu işlərdən 152-si üzrə ibtidai araşdırmalar tamamlanıb. Hazırda hərbi əməliyyatlarla bağlı cinayət işləri birləşdirilib və 130 ayrı icraat çərçivəsində araşdırılır.

Bənzər yazılar

Back to top button