İdman

“Haalandı Premyer Liqadan qovmalıyıq, çünki…” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçusu Erlinq Haaalandın İngiltərə Premyer Liqasının 10-cu turunda “Sauthempton”la matçda (4:0) 1 qol vurmasını şərh edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, yumorla deyib: “Haaland üç qol vurmadığına görə təəssüflənirəm. Haalandı Premyer Liqadan qovmalıyıq, çünki o, het-trik etməyib (gülür)”.

Qvardiola bildirib ki, norveçli hücumçudan gözləntilər böyükdür: “İnsanlar ondan hər oyunda 3-4 qol vuracağını gözləyirlər. Sonda o, qol vurmaq üçün orada idi. Topa sahib olmaqda kömək etdi, mübarizə apardı. Erlinq bu matçda da çox yaxşı oynadı”.

Qeyd edək ki, Haaland bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyunda 15 qol vurub, 3 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button