İdman

“Hazırda dünyada heç kim Haalandla rəqabət apara bilməz”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin hücumçusu Erlinq Haaland haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, norveçli nin hazırda dünyanın ən yaxşı hücumçusu olduğunu deyib:

“Hazırda dünyada heç kim Haalandla rəqabət apara bilməz. Onun etdikləri dəlilikdir. Haaland müstəsna komandanın müstəsna oyunçusudur, ona görə də çox yaxşı işləyir. Düşünürəm ki, hazırda heç bir oyunçunu onunla müqayisə etməməliyik. Ən azından mən bunu etmirəm”.

Qeyd edək ki, Haaland bu mövsüm bütün yarışlarda 12 matçda 20 qol vurub.

Bənzər yazılar

Back to top button