Dünya

BMT-dəki debatlar “ərazi bütövlüyü” anlayışının dəyərini göstərəcək

BMT Baş Assambleyası bazar ertəsi “Ukraynanın ərazi bütövlüyü: BMT Nizamnaməsinin prinsiplərinin qorunması” adlı qətnamə layihəsini müzakirə etmək üçün xüsusi sessiya keçirəcək.

“Biz Rusiyanın və onun Ukrayna ərazilərini qanunsuz ilhaq etməsinin qınanmasında mümkün qədər çox ölkənin bizə qoşulmasını istəyirik”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel bildirib.

Moskva BMT Təhlükəsizlik Şurasının 30 sentyabr tarixli Ukraynanın dörd vilayətində saxta referendumları qınayan hüquqi öhdəlik yaradan qətnaməsinə veto qoyub. Bu, məsələnin heç bir dövlətin veto hüququna malik olmadığı BMT Baş Assambleyasına daşınmasına səbəb olub (Ukrayna və Albaniyanın xahişi ilə).

“Fundamental prinsiplər təhlükə altındadır və hər bir ölkə bunda maraqlıdır”, deyə ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi debatlardan əvvəl bildirib.

Fövqəladə xüsusi sessiya Bakı vaxtı ilə 23:00-da bərpa olunacaq, burada bəzi ölkələr baş katibin ötən həftə dediklərini aydın və yüksək səslə təkrar edir: başqa ölkənin sərhədlərini güclə dəyişdirməyə çalışmaq qanunsuz və dözülməzdir”.

Debatlar bu gün başlayacaq və ən az çərşənbəyə qədər davam edəcək. Bu müzakirələrin yekununda qətnamə səsverməyə çıxarılacaq.(Turan)

Bənzər yazılar

Back to top button