GündəmManşetSiyasət

Blinkenin Əliyev və Paşinyanla telefon danışıqları

ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb, TURANın Vaşinqton müxbiri xəbər verir.

Dövlət Departamentinin bəyanatında deyilir: “Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən iki ölkənin xarici işlər nazirləri və liderləri arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini bildirib.

Blinken “Oktyabrın 4-də Azərbaycanın 17 hərbi əsirinin azad edilməsini alqışlayıb və prezident Əliyevi sülh prosesini dəstəkləmək üçün vaxtında addımlar atmağa davam etməyə çağırıb”, xəbərdə deyilir.

Blinken, həmçinin sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşən şəxslərin axtarışı və müəyyənləşdirilməsi, məhbusların qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.

“O, Dağlıq Qarabağ əhalisinin hüquq və təminatların müzakirəsinin vacibliyini və hər iki tərəfin atəşkəs rejimini saxlamasının və davamlı sülhə aparan yeganə yol kimi danışıqlar yolu ilə əldə edilmiş razılaşmalara diqqət yetirməsinin vacibliyini vurğulayıb”, – Dövlət Departamentindən bildiriblər.

Qeyd edək ki, həmin gün Blinken Ermənistanın baş naziri Paşinyanla telefon danışığı aparıb. Ermənistan tərəfinin məlumatına görə, eyni məsələlər müzakirə olunub.

Bənzər yazılar

Back to top button