Siyasət

Qarabağ erməniləri Yerevana getməyiblər

Qarabağ separatçılarının lideri Arik Arutyunyan “parlamentin spikeri”, “xarici işlər naziri ” və digər şəxslərlə birlikdə Praqa danışıqlarının yekunlarına əsasən Qarabağda vəziyyəti müzakirə etmək üçün Yerevana gedəcəyini vəd edib.

Nümayəndə heyətinin səfəri Qarabağda etirazlarla əlaqədar olub, yerli ermənilər Arayik Arutyunyandan Qarabağın gələcək taleyilə bağlı açıqlama tələb ediblər. Buna Ermənistanın Qarabağın təhlükəsizliyini təmin edə bilməməsi və onun gələcək taleyini həll edə bilməməsi barədə Yerevanın bəyanatları səbəb olub. Bundan öncə, oktyabrın 6-da Praqada Paşinyan İlham Əliyev, Emanuel Makron və Şarl Mişellə birlikdə dördtərəfli bəyanat imzalayıblar ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Artıq iki gündür ki, bu səfər barədə danışılır, ancaq Arutyunyanın komandası hələ də Yerevana getməyib, oktyabrın 11-də səhər Ermənistan KİV-i yazıb.(Turan)

Bənzər yazılar

Back to top button