Cəmiyyət

Bakı şəhərinin Baş Planı Nazirlər Kabinetində təsdiq edilmək üçün hazırdır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakı şəhərinin Baş Planının layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və yaxın vaxtlarda təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Bu barədə qurumdan məlumat verilib.

Bakı şəhərinin Almaniyanın AS+P şəhərsalma şirkəti ilə birgə hazırlanmış Baş Planının yeni konsepsiyasında paytaxtın 2040-cı ilədək inkişafının prioritetləri müəyyən edilib.

Sənəd paytaxtın 213,5 min hektar ərazisi olan bütün inzibati ərazisini əhatə edir. Buraya yeni şəhər iqtisadiyyatı, 2040-cı ilə qədər olan dövr üçün “güclü və davamlı inkişafı” təmin edəcək çoxmərkəzli şəhər, ərazilərin kompleks istifadəsi nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni irsinin qorunması, tarixi və memarlıq irsi, eləcə də postindustrial dövrə keçid məsələləri daxildir. (Turan)

Bənzər yazılar

Back to top button