Siyasət

“Azərbaycan və Ermənistan 5 prinsip üzərində anlaşdılar” – Çavuşoğlu

“Təbii ki, Ermənistanın yaşadığı travmalar var. Bunu da anlamaq lazımdır. 30 il işğal etdiyi torpaqları öz torpağı imiş kimi qəbul edən ölkədən və millətdən bəhs edirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan münasibətlərini şərh edərkən deyib.

“Amma bu savaş artıq bitdi. Ermənistanın da anlaması lazımdır ki, qalıcı sülh üçün addımlar atılmalıdır. Bu yolda da delimitasiya toplantılarını önə çəkdilər, xarici işlər nazirlərinə tapşırıqlar verildi, 5 prinsip üzərində anlaşdılar, nəticədə bu prinsip anlaşmalarını həyata keçirmək lazımdır”, – nazir bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button