Siyasət

Azərbaycanla Qırğızıstan arasında ən yüksək səviyyədə sənədlər imzalanıb

Oktyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan birgə əməkdaşlığının inkişafına yönələn bir sıra sənədlər imzalanıb. Bu barədə Qırğızıstan prezidentinin saytı məlumat yayıb.

Sadır Japarov və İlham Əliyev Qırğızıstan Respublikası və Azərbaycan Respublikası Dövlətlərarası Şurasının birinci iclasının qərarını imzalayıblar.

Bundan əlavə, aşağıdakı sənədlər imzalanıb:

– Qırğızıstan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası hökuməti arasında Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması haqqında saziş;

– Qırğızıstan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında saziş;

– Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üçün əməkdaşlıq proqramı;

– Qırğızıstan Respublikası Nazirlər Kabineti yanında Qırğızıstan Respubliksı Sosial Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında icbari dövlət sosial sığorta sahəsində əməkdaşlıq haqqında protokol;

– Qırğızıstan Respublikası Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu;

– Qırğızıstan Respublikası Ticarət- Sənaye Palatası və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı anlaşma memorandumu;

– Qırğızıstan Respublikası Ticarət- Sənaye Palatası və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu;

– Bişkek şəhəri (Qırğızıstan Respublikası) və Bakı şəhəri (Azərbaycan Respublikası) arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması haqqında qarşılıqlı anlaşma memorandumu.

Bənzər yazılar

Back to top button