Cəmiyyət

Deputat Milli Məclisdə şəhid ailələri və müharibə veteranları ilə bağlı xüsusi dinləmə keçirməsini təklif etdi

“Dünən Qubada keçirdiyim qəbulda 2 qazi var idi. Nə veteran kağızı ala bilir, nə başqa bir şey”.

AzToday.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat deyib ki, başqa bir xanım da qəbulunda olub: “Oğlu Əfqanıstan sülhməramlıların tərkibində olub və həlak olub. Bu qadının gəzmədiyi qapı qalmayıb. Son dəfə Prezidentin köməkçisi Məhərrəm Əliyevin yanında olub. O deyib ki, qanunda bu maddə yoxdur və biz bu məsələ ilə bağlı qanuna dəyişiklik etməliyik. Onun oğlu 14 ildir şəhid olub, amma onun oğluna heç kim şəhid statusu verə bilmir”.

Deputat bildirib ki, qanunda bizim hərbçilərin sülhməramlıların tərkibində vuruşub öldükdə onlara şəhid adının verilməsi yoxdur: “Mən təklif edirəm ümumiyyətlə, Milli Məclisdə şəhid ailələri və müharibə veteranları ilə bağlı xüsusi dinləmə keçirək və problemləri müzakirə edək”.

Bənzər yazılar

Back to top button