Hadisə

İsmayıllıda yenə şortik qalmaqalı – Turistlə yerli sakin əlbəyaxa oldu – VİDEO

Azərbaycanda daha bir şortik qalmaqalı yaşanıb.

Belə ki, İsmayıllının Qalacıq kəndinə səfər edən vətəndaş problemlə üzləşib.

Qarşılaşdığı problemlə baku.ws-ə müraciət edən Ş.Kərimov kənddə zorakılıqla qarşılaşdığını bildirib.

O, şortiklə kəndin içindən keçərkən etiraz edən kənd sakinlərindən birinin onun qarşısını kəsərək çəkiliş aparmasına mane olduğunu bildirib.

Daha sonra maşınla ərazidən keçən daha bir şəxs onu tənqid edərək şortiklə kəndə gəlməməli olduğunu deyib.

Qeyd edək ki, avqust ayında da İsmayıllının Qalacıq kəndində yerli sakinlərlə turistlər arasında şortiklə bağlı eyni problem yaşanmışdı. Polisin kənd sakinləri ilə profilaktik söhbətindən sonra məsələ həllini tapmışdı.

Sözügedən görüntüləri təqdim edirik:

Bənzər yazılar

Back to top button