İdman

“Qarabağ”ın rəqibinin baş məşqçisi iddialı danışdı: “Bu qrupda keyfiyyət var”

“Mən necə işlədiyimi bilirsiniz. Liderlərin üzərinə düşən qərarlar yalnız onlara aiddir. Ancaq çətinliklə işləyirəm, adamlarıma və işimə inanıram. Mənim vəziyyətim önəmli deyil. Bu gün biz klubu xilas etməliyik. Turnir cədvəlində yüksəlsək belə, klubu saxlamaq daimi mübarizədir. 16-cı yeri hədəfləyirik. 16-cı olsaq, liqada qalacağıq”.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kombuare Fransa çempionatının 11-ci turunda “Brest”ə 4:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib. Bu qələbə ilə xalını 10-a çatdıran “Nant” turnir cədvəlində 19-cü pillədən 14-cü pilləyə yüksəlib.

O bildirib ki, hazırda çətinliklər əsasən görüşlərin ardıcıllığı ilə bağlıdır: “Bu gün bizim üçün çətindir, çünki biz kifayət qədər az işçi qüvvəsi ilə oyunları davam etdiririk. Bu qrupda keyfiyyət var, çox yaxşı oyunçular var. Anncaq üç gündən matça çıxmaq lazımdır. Hər şeydən əvvəl bir sıra məğlubiyyətlərimiz var və bu, daha da ağırdır. Qələbə təbəssümləri bərpa edəcək, oyunçuları bir az rahatlaşdıracaq. Ancaq yenə ehtiyatlıyam”.

Xatırladaq ki, “Nant” və “Qarabağ” arasında Avroliqanın 5-ci tur qarşılaşması oktyabrın 27-də Fransada olacaq. Bu komandalar arasında Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Bənzər yazılar

Back to top button