Dünya

Ermənistanda 370 dollara dövlət sirrini satan hərbçi saxlanıldı – Video

Ermənistanda daha bir casusluq faktı aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“2021-ci ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin müqaviləli sıravi qumbaraatan əsgəri “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən 2021-ci ilin noyabrından 2022-ci ilin mayına kimi mükafat müqabilində işə götürülüb. O, mobil telefon vasitəsilə xarici xüsusi xidmət orqanlarının nümayəndəsinə “WhatsApp” proqramı vasitəsilə hərbi hissəsi haqqında xidməti və dövlət sirlərini ehtiva edən məlumat verib, bunun müqabilində üç bank köçürməsi yolu ilə 370 ABŞ dolları alıb.

Hərbi qulluqçu barəsində ittiham elan edilib, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistanda ötən həftə də dövlət sirri hesab olunan məlumatları xarici kəşfiyyat orqanlarının əməkdaşlarına verməkdə ittiham olunan erməni hərbçi saxlanılıb.

Bənzər yazılar

Back to top button