İdman

Azad Rəhimovun oğlu vəzifəsindən azad edildi

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov vəzifəsindən azad edilib.

Bu barədə BŞH məlumat yayıb.

Onun yerinə isə Maqsud Fərzullayev təyin olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram”, – deyə Arif Rəhimov söyləyib.

Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarıb.

Bu ilin iyununda Bakıda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləyib, yarışda hazırkı dünya çempionu Maks Ferstappen qələbə qazanıb.

Qeyd edək ki, Arif Rəhimov sabiq gənclər və idman naziri, mərhum Azad Rəhimovun oğludur.
Qeyd edək ki, Arif Rəhimov mərhum gənclər və idman naziri Azad Rəhimovun oğludur.

Bənzər yazılar

Back to top button