İqtisadiyyat

“Azersun Holding”in bankında 150 milyon manatlıq kiçilmə (TƏFƏRRÜAT)

“Azərbaycan Sənaye Bankı” ASC-nin 2022-ci il sentyabrın 30-na maliyyə vəziyyəti məlum olub.

AzToday.az “olkə.az”a istinadən xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 714,112 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 152,534 mln manat və ya 17,6% azdır.

Müştərilərə verilən kreditlərin həcmi isə illik müqayisədə 249,343 mln manat və ya 10% artaraq 249,343 mln manat olub. Cari ilin sentyabrın 30-na depozit portfelinin həcmi 438,563 mln manat olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 153,623 mln manat və ya 25,9% azalma deməkdir.

Bankın cəmi öhdəlikləri 20,4% azalaraq 605,167 mln manat, Mərkəzi Bank qarşısında öhdəlikləri isə 25% azalaraq 103,40 min manat təşkil edib.

“ASB Bank”ın cəmi kapitalı isə illik müqayisədə 2,4% artaraq 108,945 mln manata çatıb.

Cari ilin yanvar-sentyabr ayları üzrə bankın xalis faiz gəlirləri 10,011 mln manat, xalis qeyri-faiz xərcləri isə 5,866 mln manat təşkil edib. Əməliyyat mənfəəti 4,145 mln manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 1,289 manat azaldıb. Mənfəətindən 1,096 mln manat vergi ödəyən bank 2022-ci ilin ilk 9 ayını 4,338 mln manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, 2021-ci ilin sentyabr göstəriciləri ilə müqayisədə “ASB Bank”ın xalis mənfəətində 2,5 dəfə artım müşahidə olunub.

Xatırladaq ki, bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Bənzər yazılar

Back to top button