Cəmiyyət

Sabah küləkli, yağışlı havalar gözlənilir

Sabah, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacaq.

Azərbaycanın rayonlarında oktybarın 18-dən 19-na keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.

Bənzər yazılar

Back to top button