Dünya

Hollandiyadan etiraf: Türkiyədən almağa məcburuq…

Hollandiya Baş naziri Mark Rutte ölkəsindən gedən İŞİD üzvlərinin və onların uşaqlarının geri qayıtmaq istədiyi təqdirdə qəbul etməyə məcbur olduqlarını deyib.

Qaynarinfo xəbər verir ki, bu haqda o, Nazirlər Kabinetinin toplantısından sonra mətbuat mənsublarına verdiyi açıqlamada bildirib.

İŞİD-çilərin olduqları zonalarda mühakimə olunması tərəfdarı olduğunu deyən Rutte “İŞİD-çilər Türkiyədə ya da Ərbildə Niderland missiyalarına müraciət etdikləri təqdirdə onları təhvil almaq məcburiyyətindəyik”, – deyə əlavə edib.

Rutte İŞİD-çilərin övladlarının vəziyyətinin “çox qorxulu” olduğuna diqqət çəkərək deyib:

“Ancaq onlar da böyüyəndən sonra təhlükəli ola bilərlər. Mən 1-2 yaşlı körpələrdən deyil, daha böyük olanlarından bəhs edirəm. Uşaqların valideynləri son dərəcə təhlükəli bir ərazidə terroru dəstəkləmək üçün getməyə qərar verərək, uşaqlarını da bu mühitdə yaşamağa məruz qoydular. Bu, mənim deyil, valideynlərin məsuliyyətidir. O uşaqları Suriyaya mən göndərməmişəm”.

Qeyd edək ki, Hollandiyada Haaqa Məhkəməsi 11 noyabrda hökümətin Suriyanın şimal-şərqindəki həbs düşərgələrində olan İŞİD-çilərin övladlarının tez bir zamanda geri qayıtması üçün səy göstərmələri barədə qərar verib.

Bu gün isə Ali Məhkəmə hökumətin bu qərarı icra etməyə məcbur olmadığını qeyd edərək, qərarın hakim tərəfindən deyil, hökumətin özü tərəfindən verilməli olduğunu açıqlayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button